Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq lideri İlham Əliyevə təbrik ünvanlayıb

İraq lideri İlham Əliyevə təbrik ünvanlayıb

Tarix: 14 Iyun 2024 18:09

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən fərəh duyur, Sizə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə maraqlı olduğumuzu təsdiq edirəm".


Etiketlər:  İraq lideri İlham Əliyevə təbrik ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ