Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2024 19:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə rəis təyin edilib.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Ülvi Əhəd oğlu Mirzoyev təyin edilib.
Qeyd edək ki, Ülvi Mirzoyev 11 avqust 1976-cı ildə Bakıda anadan olub. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında kardiologiya şöbəsinin rəisi, 2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru olub. Azərbaycan alimi, dermatoloq Leyla Mirzoyevanın həyat yoldaşıdır.
Ülvi Mirzoyev Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayın həmsədridir.
Xatırladaq ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra bu vəzifəni hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi olan polkovnik-leytenant Vəfa Dadaşova icra edirdi.