Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2024 10:04
İyunun 12-də Yəmənin liman şəhəri Hudeyda sahillərində "Ansar Allah" hərəkatının husi qüvvələri tərəfindən hücuma məruz qalan gəmi Qırmızı dənizdə batıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəminin vurulduğu ərazidə onun qalıqları və neft tapılıb. "Ambrey" dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, sözügedən yük gəmisi Liberiya bayrağı altında Qırmızı dəniz vasitəsilə Hindistana gedən Yunanıstana məxsus "Tutor" yük gəmisidir.
Xatırladaq ki, iyunun 12-də gəmiyə hücum barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Nəticədə maşın otağı zədələnib və gəmidə böyük sızma yaranıb.
Bundan əvvəl Husi ordusunun sözçüsü Yəhya Saria, "Tutor" yük gəmisinin ciddi şəkildə zədələndiyini və batacağını söyləmişdi.