Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin maraqlı ETİRAF: ''Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq''

Putin maraqlı ETİRAF: ''Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq''

Tarix: 19 Iyun 2024 12:14

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq sakinləri ilə görüşdə Yakutiyaya səfərini xatırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, həmin vaxt temperaturun mənfi 50 dərəcə olduğunu deyib və qulaqlarının qırılmasından qorxduğunu etiraf edib.

"Yadımdadır, qışda gəlmişdim, mənfi 50 dərəcə idi. Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq", - deyə olanları xatırlayıb.

Qeyd edək ki, söhbət Rusiya liderinin 2006-cı ilin əvvəlində qışda Yakutiyaya səfərindən gedir. O, hətta Milad bayramını da orada keçirmişdi. Putinin regiona səfəri zamanı orada təxminən 50 dərəcə şaxta vardı.

Milli.Az


Etiketlər:  Putin maraqlı ETİRAF Qulaqlarıma toxunmağa qorxurdum fikirləşirdim qırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ