Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2024 09:58
Paytaxt bazarlarında artıq qarpız və qovun satışa çıxarılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, hazırda bazarda satılan məhsul istixanalarda yetişdirilir.
Satıcılar bildiriblər ki, məhsullar bazara təzə gətirildiyindən qiymətləri də yüksəkdir.
Alıcılar isə qarpız və yemişi yalnız mövsümündə almağa üstünlük verdiklərini bildiriblər.
Qastroenteroloq Sevindik Arazovun sözlərinə görə, qarpız zəhərlənməsi onun tərkibində olan nitratdan baş verə bilər.
Mütəxəssis qeyd edib ki, qarpız və yemiş məhsulları soyuducuda uzun müddət saxlanıldıqda keyfiyyətini itirir, daxildə müəyyən çürümə prosesləri gedir və müəyyən toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır.
Ətraflı süjetdə: