Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen In Putinə 2 ov iti hədiyyə etdi - FOTOlar

Kim Çen In Putinə 2 ov iti hədiyyə etdi - FOTOlar

Tarix: 20 Iyun 2024 10:12

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə ölkəyə səfəri zamanı iki ov iti hədiyyə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb. 

Sözügedən itlərin nadir pungsan cinsinə aid olduğu bildirilir. 

Qeyd edək ki, V.Putin iyunun 18-19-da Şimali Koreyada səfərdə olub. Səfər çərçivəsində Rusiya və Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında yeni müqavilə imzalanıb. 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfər edərək Vladimir Putinlə görüşmüşdü. O bu zaman rusiyalı həmkarını ölkəsinə səfərə dəvət etmiş və dəvət qəbul edilmişdi.

Putin Kim Çen Inın səfərindən sonra ona ölkənin yerli istehsalı olan "Aurus" markalı avtomobil hədiyyə etmişdi.

Milli.Az


Etiketlər:  Çen Putinə hədiyyə etdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ