Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həsənağa Turabovun qızı: ''Saçım bir dəqiqənin içində ağarmışdı'' - VİDEO

Həsənağa Turabovun qızı: ''Saçım bir dəqiqənin içində ağarmışdı'' - VİDEO

Tarix: 25 Iyun 2024 15:35

Mərhum xalq artisti Həsənağa Turabovun qızı Sevinc Turabova "O üz" verilişinə qonaq olub.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, veriliş zamanı qardaşı Daşqın Turabovun ölümündən danışan Sevinc göz yaşlarına hakim ola bilməyib. O qardaşının tabutu gətirilən an saçlarının ağardığını deyib:

"Daşqın martın 1-2-də Bakıda idi. Mənim ad günüm isə martın 17-də idi. Mənə dedi ki, istəyirsən sənin doğum gününə qədər Bakıda qalım. İnanırsınız ki, ad günümə nifrət edirdim. Kaş deyərdim ki, ad günümə qədər Bakıda qal. Dedim ki, get, martın 17-dək vaxt var. Ayın 11-də axşam saatlarında bizə zəng etdilər ki, Daşqını silahla vurublar. Narkomanı həbs etməyə gedib, ona atəş açıblar. Telefon zəngindən iki dəqiqə keçməmiş təkrar zəng etdilər ki, Daşqın vəfat edib.

Atam gecəylə qardaşı və bir neçə aktyorla Siyəzənə getdi. Daşqın Birinci Qarabağ Müharibəsindən sağ-salamat gəlmişdi. Amma belə bir hadisə zamanı vəfat etdi. Qardaşım son nəfəsində deyib ki, atam və anama deməyin.

"Kəlmeyi şəhadəti"ni söyləyərək vəfat edib. Onun tabutu evimizə gətiriləndə saçım bir dəqiqənin içində ağarmışdı. O gündən sonra həyatımızda hər şey dəyişdi. Daşqının ölümü ailəmizi yerlə yeksan elədi".
Xatırladaq ki, Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olan Daşqın Turabov 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib.

O Həsənağa Turabovun böyük oğlu idi.


Etiketlər:  Həsənağa Turabovun qızı Saçım dəqiqənin içində ağarmışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ