Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda silahlı şəxslər 9 nəfəri öldürüblər

Pakistanda silahlı şəxslər 9 nəfəri öldürüblər

Tarix: 26 Iyun 2024 08:46

Pakistanın Xayber-Paxtunxva əyalətində yerləşən Badaber kəndində naməlum silahlı şəxslərin yaşayış binasına hücumu nəticəsində azı doqquz nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Nevs" qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum silahlı şəxslər yaşayış binasına daxil olub və orada nizamsız atəş açıb, doqquz nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Polis hücumün səbəblərini araşdırır. Hüquq-mühafizə orqanlarının iki ailə arasındakı mümkün pul və maddi mübahisə ilə bağlı ilkin versiyası təsdiqini tapmayıb.

Milli.Az


Etiketlər:  Pakistanda silahlı şəxslər nəfəri öldürüblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ