Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 20:08
Xankəndi şəhərində həyata keçirilməsi planlaşdırılan investisiya layihələri iş adamlarına tanıdılıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X səhifəsində yazıb.
"İş adamları Xankəndi şəhərinin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərlə tanış olublar. İstehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib", - o qeyd edib.