Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2024 13:40
İran prezidentliyinə namizədlər Məsud Pezeşkian və Səid Cəlili iyulun 5-də keçiriləcək ikinci turdan əvvəl bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İranın Milli Televiziyası məlumat yayıb.
İlk debat bazar ertəsi saat 21:30-da, ikinci debat çərşənbə axşamı saat 21:30-da olacaq.
Qeyd edək ki, 28 iyunda keçirilən birinci turda azərbaycanlı Məsud Pezeşkian ən çox (10,4 milyon) səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə 9,4 milyon səslə ikinci olub.