Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

Tarix: 26 Noyabr 2019 11:57

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution”(STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun Günü keçirilib.

Layihə İdarəetmə Məktəbini bu dəfə 20-dən çox müəssisənin 40 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR, BP, ABB, “PAŞA Holdinq”,“Gilan Holdinq”, Bank Respublika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Miqrasiya Xidməti kimi şirkət və müəssisələrin rəhbər işçiləri və məsul əməkdaşları var.

Ali Məktəbin rektoru Elmar Qasımov çıxışında Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib. Rektor Layihə İdarəetmə Məktəbinin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolunu xüsusi olaraq vurğulayıb.

“Artıq 4 ildir ki, Bakı Ali Neft Məktəbində reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarının bir çoxu proqamı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə ediblər”, - deyə E.Qasımov qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxışlarında SPM-in Azərbaycan üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə, layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən bəhs ediblər. Natiqlər gənc mütəxəssislərin inkişafı, korporativ biznes mühitinə inteqrasiyası və praktiki səriştələrinin artırılması baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıblar.

Daha sonra məzunlar çıxış edərək, Layihə İdarəetmə Məktəbi çərçivəsində əldə etdikləri yeni biliklərin onların peşəkarlıqlarının yüksəlməsinə ciddi praktiki töhfələr verdiyini bildiriblər.

Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr sertifikatı təqdim edilib.

Qeyd edək ki, son illər ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması baxımından onların bu layihədə iştirakına üstünlük verirlər.

Məktəbdə Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramı əsasında təlim keçirilir. Həmin modullara “Layihələrin idarə edilməsi”, “Layihəyə rəhbərlik”, “İdarəetmə və kommunikasiya”, “Risklərin idarə edilməsi”, ”Qrafik və xərclərə nəzarət”, “Layihə menecerləri üçün keyfiyyət”, “Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri”, “Layihələri idarəetmə mütəxəssisi (PMP) imtahanına hazırlıq”, “Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları” kimi kurslar daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ