Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 20:08
Rusiya məhkəməsi ukraynalı jurnalist Dmitri Qordonu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, məhkəmə terrora çağırışda ittiham olunan ukraynalı tanınmış jurnalist barəsində qiyabi 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.
Qeyd edək ki, Qordon Rusiyada xarici agent kimi tanınıb, Rusiya Federasiyasının terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib. Onun barəsində cinayət işi RusiyaPprezidenti Vladimir Putini və Belarus Prezidenti Aleksandr Lukaşenkonu öldürmək çağırışlarına görə başlanıb.