Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır''

''Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır''

Tarix: 2 Iyul 2024 18:04

Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır.

Sonxeber.net bildirir ki, bu fikirləri "Report"un Ankara bürosuna Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında Emənistanın Baş naziri Nikol Paşinyanın könüllü göründüyünü bildirən Şamil Ayrım deyib ki, buna mane olan qüvvələr var.

"Müşahidə olunan budur ki, Paşinyan sülh sazişində ehtiyatlı davranır. Amma bu sazişin imzalanması üçün bir neçə maddə var ki, bunlardan biri də Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasıdır, onun ləğv olunması lazımdır. Bu, çox önəmlidir", - Ş.Ayrım qeyd edib.


Etiketlər:  Ermənistan konstitusiyasında Azərbaycan Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ