Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pezeşkianinin qələbəsi İrəvana faydalı olacaq – Ananyan

Pezeşkianinin qələbəsi İrəvana faydalı olacaq – Ananyan

Tarix: 8 Iyul 2024 09:22

Məsud Pezeşkianinin İran prezidenti seçilməsi Ermənistanla İran arasında münasibətləri yaxşılaşdıracaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni jurnalisti Robert Ananyan yazıb.

Onun sözlərinə görə, əvvəllər İran Ermənistanın Avropaya inteqrasiyası ilə razılaşırdısa, indi Vaşinqtonla İrəvan arasında hərbi əməkdaşlığın artmasına ehtimal ki, mane olmayacaq:

"İran rəsmiləri regiondankənar qüvvələrin regional problemlərin həllinə cəlb edilməsinə və onların təsirinə qarşı olduqlarını təkid ediblər. Lakin mənim bildiyimə görə, İran Ermənistanın AB-yə üzvlük cəhdlərinə qarşı çıxmayıb. İranın qırmızı xətti Ermənistanda Qərb hərbi kontingentinin yerləşdirilməsi idi. Yeni seçilmiş islahatçı Prezident Məsud Pezeşkianinin dövründə İranla Qərb arasında münasibətlərin yaxşılaşacağını deməyə əsas var. Bu, həm də Avropa istəkləri olan Ermənistan üçün əla olacaq.

Ermənistan ABŞ-la hərbi-siyasi əməkdaşlığı dərinləşdirməyə çalışır. İranın yeni rəhbərliyinin bu prosesə mane olmaması vacibdir".


Etiketlər:  Pezeşkianinin qələbəsi İrəvana faydalı olacaq Ananyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ