Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

''Qarabağ'' bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Tarix: 9 Iyul 2024 12:46

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20:00-da start veriləcək.

"Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

9 iyul

14:30. "Qarabağ" - "Kayzerslautern"

20:00. "Qarabağ"- "Viktoriya" (Plzen)

Milli.Az


Etiketlər:  Qarabağ gün Avstriyada yoxlama oyunu keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ