Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2024 22:00
Slovakiyanın Baş naziri Robert Fitso öz vəzifəsinə qayıdıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hökumət başçısı bu barədə sosial şəbəkədə paylaşım edib.
"Əziz mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım", - Fitso qeyd edib.
Xatırladaq ki, 59 yaşlı Robert Fitso mayın 15-də silahlı hücuma məruz qalıb.
71 yaşlı şair Yurai Tsintula ona yaxın məsafədən atəş açıb.