Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilarə Əliyevanın qızı universitetə qəbul olundu - FOTO

Dilarə Əliyevanın qızı universitetə qəbul olundu - FOTO

Tarix: 10 Iyul 2024 12:25

Əməkdar artist Dilarə Əliyevanın qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb. Aktrisa izləyiciləri ilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Banu çox istəyirdi ki, aktrisa olsun. Bir ilə yaxındır hazırlaşırdı. Nəhayət ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğu fakültəsinə imtahan verdi və ən yüksək - 10 balı topladı. Yolu açıq olsun! Bütün balaların yolu açıq olsun. Uzun yolun başlanğıcındadırlar. Yazmağa da çətinlik çəkirəm, hərdən elə olur ki, hisslərini ifadə etməyə söz tapmırsan. Xoşbəxtəm, həm də kövrəyəm... Səbəbi məlum...".

Milli.Az


Etiketlər:  Dilarə Əliyevanın qızı universitetə qəbul olundu FOTO


RƏYLƏR