Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yüzlərlə insan sudan zəhərləndi

Türkiyədə yüzlərlə insan sudan zəhərləndi

Tarix: 10 Iyul 2024 13:50

Türkiyənin Hatay vilayətində 236 nəfər qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanaya müraciət edib.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, Arsuz rayonunun 3 məhəlləsindən - Tatarlı, Işıklı ve Konacıkdan olan həmin şəxslərin sudan zəhərləndikləri ehtimal edilir.

Belə ki, ötən gün onların dağdan çıxan suyu içdikləri məlum olub.

Müalicəsi başa çatan şəxslər evə buraxılıblar, 4 nəfərin (iki hamilə qadın və iki uşaq) isə Arsuz Dövlət Xəstəxanasında müalicəsi davam etdirilir.

Səlahiyyətlilərin tapşırığına əsasən, artıq həmin sudan nümunələr götürülüb. İnsanları nəyin xəstəxanalıq etdiyini tapmaq üçün araşdırmalar aparılır.


Etiketlər:  Türkiyədə yüzlərlə insan sudan zəhərləndi


RƏYLƏR