Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO ilə Rusiya arasında qarşıdurma ehtimalı... - Ərdoğan

NATO ilə Rusiya arasında qarşıdurma ehtimalı... - Ərdoğan

Tarix: 11 Iyul 2024 16:46

İsrailin təhdidləri və münaqişəni genişləndirmə cəhdlərinə son qoyulmalıdır. Əks təqdirdə bölgə daha dərin münaqişələr, hətta müharibə riski ilə üz-üzə qalacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində çıxışı zamanı deyib.

Suriya ərazisinin terrorçulardan təmizlənib, firavan dövlət olmasını arzu etdiyini deyən Ərdoğan regionla bağlı narahatlıqlarını da dilə gətirib:

"Bölgədə terror dövləti quracağını düşünənlər bilsinlər ki, bu, xəyaldır və qətiyyən gerçəkləşməyəcək. Həmçinin NATO ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalı, şübhəsiz ki, narahatlıq doğurur. Buna səbəb ola biləcək istənilən addımdan məntiqli şəkildə qaçmaq lazımdır".


Etiketlər:  NATO ilə Rusiya arasında qarşıdurma ehtimalı Ərdoğan


RƏYLƏR