Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 00:10
Hindistanın şimal-şərqində güclü yağışların səbəb olduğu daşqınlarda 90 nəfər həyatını itirib.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, Hindistan Meteorologiya Departamenti (IMD) bu fəlakətlərə görə bölgədə qırmızı təhlükə elan edib.
Açıqlamada müxtəlif bölgələrdə yaşayış sahələrinin hələ də su altında qaldığı bildirilib.
Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkəyə böyük ziyan vurur.
Alimlər son illərdə Banqladeş və Hindistanın şimal-şərq bölgələrində müşahidə olunan nizamsız və həddindən artıq yağışın iqlim dəyişikliyi ilə bağlı olduğu fikrini bölüşürlər.