Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu girovların yarıdan çoxunu öldürüb - HƏMAS

Netanyahu girovların yarıdan çoxunu öldürüb - HƏMAS

Tarix: 14 Iyul 2024 08:10

İsrail Baş naziri Benyamin Netanyahu etiraf etməlidir ki, son vaxtlara qədər Qəzza zolağında saxlanılan 120 girovun yarısından çoxu İsrail qüvvələrinin zərbələri nəticəsində həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Heya deyib.

"Netanyahu 125 girovu azad etdiyinə inanır, lakin o, onların danışıqlar yolu ilə geri qaytarıldığını söyləməlidir. Eyni zamanda, o, 120 girovun qaldığını iddia edir, lakin xalqına onların yarıdan çoxunu, bəlkə də 2/3-sini öldürdüyünü deməlidir", - Heya bildirib.

Milli.Az


Etiketlər:  Netanyahu girovların yarıdan çoxunu öldürüb HƏMAS


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ