Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 12:16
Lionel Messi 2021-ci ilin yayında kapitanı olduğu “Barselona”nı tərk etmək niyyətindədir.
Qol.az xəbər verir ki, bu haqda “France Football” nəşri məlumat yayıb. Argentinalının bununla bağlı fikrini sabiq komanda yoldaşı Neymara bildirdiyi iddia edilib.
Qeyd olunub ki, bu il “Liverpul”a Çempionlar Liqasının yarımfinal oyunundakı məğlubiyyətdən sonra Messi Neymara belə bir mesaj yazıb: “Mən istəyirəm i, sən qayıdasan. İki il sonra mən gedəcəyəm. Bu zaman sən tək qalacaqsan və mənim yerimi tutacaqsan”.
“El Mundo Deportivo” qəzeti isə bu mesajın həqiqətə yaxın olduğunu yazıb. Çünki bu yaxınlarda Messi özü də etiraf edib ki, 2020/21 mövsümü yekunlaşanda “Barselona”nı tərk edə bilər.