Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2024 21:12
Tanınmış firmadan kirpik üçün "tuj" alıb bir dəfə istifadə edən qadının həyatı kabusa çevrilib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, gənc qadın hər zamankı kimi makiyajını silib və yuxuya gedib. Səhər yuxudan duranda isə həyatının şokunu yaşayıb. Qadının üzü bir gecədə şişib və tanınmaz hala gəlib.
Türkiyənin Konya şəhərində yaşayan Hülya Mahzenoğlu adlı qadının həyatı bundan sonra kabusa çevrilib.
Şokda olan qadın dərhal xəstəxanaya müraciət edib. Gənc qadın şirkətdən də şikayət edib.
Məsələ ilə bağlı danışan zərərçəkmiş güzgüyə baxa və çölə çıxa bilmədiyini deyib:
"Bu hadisə psixologiyamı çox pozdu. İstifadə edəndə məhsulun quruluşunun qüsurlu olduğunu düşündüm. Mağazaya gedib məhsulu qaytardım. Axşam makiyajımı çıxarıb yuxuya getdim. Üzüm və gözlərim anormal dərəcədə şişmiş, qızarmış və qaşınmışdı. Həkim mənə 4 damcı verdi, istifadə edirəm. Şişkinlik bir az azalıb. Xəstəxanaya getdim, məhkəmə-tibbi ekspertiza rəyi aldım və lazımi orqanlara şikayət etdim. Şirkəti məhkəməyə verəcəyəm".