Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Tarix: 16 Iyul 2024 22:44

Ukraynada genişmiqyaslı müharibənin başlaması, səfərbərlik və müxalifətə qarşı repressiyalardan sonra Rusiyanı tərk edib, geri qayıtmayanların sayı təxminən 666 min nəfərdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bell" nəşrinin araşdırmasında bildirilir.

Qeyd edilib ki, ən çox köç Ermənistana olub - 110 min nəfər. Qazaxıstana 80 min, İsrailə 80 min, Gürcüstana 74 min, ABŞ-a 48 min rus köçüb. Eyni zamanda, ABŞ-da ruslar kütləvi şəkildə sığınacaq üçün müraciət edirlər.

Rusların ən çox üz tutduğu ölkələrdən biri də Türkiyədir. Ancaq burada yaşayış izninin uzadılmaması səbəbində ruslar Türkiyəni tərk etməyə məcbur olurlar. Buna baxmayaraq, 2022-ci ildən bəri Türkiyədə 28 min rus məskunlaşa bilib.

Milli.Az


Etiketlər:  Ruslar Rusiyadan qaçır Hansı ölkələrə tuturlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ