Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin Aliağa limanı 36 milyon tondan çox yük qəbul edib

Türkiyənin Aliağa limanı 36 milyon tondan çox yük qəbul edib

Tarix: 17 Iyul 2024 14:16

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Aliağa limanı 36 milyon 248 min 960 ton yük qəbul edib.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən bir milyon 838 min 72 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 34 milyon 410 min 888 ton yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Aliağa limanından 2 milyon 527 min 321 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyə limanları 32 milyon 186 min 365 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 493 min 685 ton təşkil edib.

"Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 29 milyon 692 min 680 ton olub", - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 933 min 804 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 204 milyon 84 min 621 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 14 milyon 876 min 762 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 189 milyon 207 min 859 ton təşkil edib", - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 397 min 348 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 543 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 517, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 26 olub.

2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 29 min 315 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 19 min 790, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 525 olub.


Etiketlər:  Türkiyənin Aliağa limanı milyon tondan çox yük qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ