Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç yaşlı uşağın qulağından görün nə çıxdı - FOTO

Üç yaşlı uşağın qulağından görün nə çıxdı - FOTO

Tarix: 18 Iyul 2024 00:30

Rusiyada qəribə hadisə baş verib. Belə ki, üç yaşlı oğlan qulağında güllə zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Moskva vilayətində qeydə alınıb.

Valideynlər bildiriblər ki, uşaq oyuncaq tapança ilə oynayarkən təsadüfən qulağına atəş açıb. Bundan sonra o, qulağında ağrıdan şikayətlənib, bu da böyükləri narahat edib. Onlar vaxt itirmədən Vidnoye xəstəxanasına tibbi yardım üçün müraciət ediblər.

Aparılan müayinə vəziyyətin ilk baxışdan göründüyündən daha ciddi olduğunu göstərib. Güllə xarici qulaq kanalında ilişib qalıb və hətta sümük hissəsinin divarına sıxışdırılıb.

Həkimlər dərhal cərrahi müdaxilə qərarı veriblər.

Vidnoye xəstəxanasının tibbi heyəti ailənin vaxtında yardım üçün müraciət etməsini xüsusi qeyd edib.

"Valideynlərin operativ hərəkətləri sayəsində ciddi fəsadların qarşısını almaq mümkün olub," - deyə xəstəxananın baş həkimi vəziyyəti şərh edib.

Gecikmənin mümkün nəticələri arasında eşitmənin zəifləməsi, qulaq kanalında yataq yaralarının əmələ gəlməsi və ikincili bakterial infeksiyanın inkişafı qeyd edilib.

Uşaq artıq evə buraxılıb.


Etiketlər:  Üç yaşlı uşağın qulağından görün çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ