Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Xəzərdə Rusiya ilə birgə hərbi təlimə başladı

İran Xəzərdə Rusiya ilə birgə hərbi təlimə başladı

Tarix: 22 Iyul 2024 14:50

İran Xəzər dənizində "Xilasetmə və Dəniz Təhlükəsizliyi Təlimi 2024" adı altında hərbi təlimlərə başladığını elan edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

"Təlimdə ordunun dəniz qüvvələrinin üzən və uçan bölmələrinin, o cümlədən raket buraxılış sistemləri, helikopterlər, SEPAH Hərbi Dəniz Qüvvələrinin üzən bölməsi, eləcə də Rusiyanın SB45 gəmisi iştirak edir", - təlimin sözçüsü Abbas Hüseyni bildirib.

O, Xəzəryanı ölkələrin nümayəndələrinin də bu təlimin müxtəlif mərhələlərini müşahidəçi qismində izlədiklərini deyib.


Etiketlər:  İran Xəzərdə Rusiya ilə birgə hərbi təlimə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ