Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kondisioner ağır xəstəliyə səbəb olur: Təhlükəli bakteriya...

Kondisioner ağır xəstəliyə səbəb olur: Təhlükəli bakteriya...

Tarix: 24 Iyul 2024 10:03

Havaların günü-gündən isinməsi kondisioner istifadəsini artırır. Bu isə insan sağlamlığında ciddi problemlərin yaranmasına səbəb olur.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bununla bağlı ciddi xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, kondisioner vasitəsilə yoluxan xəstəlik çox təhlükəlidir:

"Kondisioner xəstəliyi "Legionelle Pneumophilia" adlı bakteriyanın yaratdığı pnevmoniyadır. Bu bakteriya filtrdə çoxalır. Kondisioner müvafiq temperaturda saxlanıldığı zaman havaya bu bakteriyalar buraxılır. Xəstəliyə əsasən hotel və xəstəxanalarda tez-tez rast gəlinir. Bədən müqaviməti aşağı olan insanlarda xəstəlik daha tez yayılır. Diabet xəstələri, alkoqoliklər, kimyaterapiya, xroniki böyrək və ağciyər xəstəlikləri olan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Düzgün təmizlənməyən kondisionerlərdə böyüyə bilən kif göbələkləri allergik və astmaya səbəb olur".


Etiketlər:  Kondisioner ağır xəstəliyə səbəb olur Təhlükəli bakteriya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ