Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2024 10:04
ABŞ-nin keçmiş Prezidenti Donald Tramp hesab edir ki, ölkə hazırkı lider Co Baydenin indiki administrasiyasının siyasəti ucbatından dəhşətli günlər və tənəzzül yaşayır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp bu haqda Floridada tərəfdarlarına bildirib.
"Biz tənəzzüldə olan bir millətik. Biz öz inamını, iradəsini və gücünü itirmiş, yolumuzu azmış bir millətik. Amma bu dəhşətin davam etməsinə imkan verməyəcəyik", - o qeyd edib.
O, həmçinin Bayden və vitse-prezident Kamala Harrisi ABŞ tarixinin ən pis və səriştəsiz administrasiyası adlandırıb.