Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2024 22:28
Rusiya və Macarıstan Paris Oyunlarının açılış mərasimini sərt tənqid edib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda mərasimi "böyük uğursuzluq" adlandırıb.
O, açılışı canlı izləyən tamaşaçıların leysan yağışda saatlarla dayanmalı olduğunu xatırladıb və təşkilatçıların yol verdiyi boşluqlara toxunub.
Zaxarova həmçinin oyunların açılış mərasimində LGBT fərdlərin şousunu dünya şöhrətli rəssam Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" əsəri ilə müqayisə edərək, tənqid edib.
Bildirib ki, burada həvarilər transvestitlərlə təmsil olunub.
Tənqidlərə Macarıstanın Baş naziri Viktor Orban da qoşulub.
Orban bildirib ki, açılış mərasimi birmənalı olaraq Qərbdəki boşluqları təcəssüm edib:
"Onlar yavaş-yavaş Tanrı ilə, vətənlə və ailə ilə metafizik əlaqələri qoparıblar.
Fransanın özündə də mərasimin bəzi səhnələri ilə bağlı ifrat sağçılardan səslər ucaldı. Yepiskoplar isə mərasim zamanı xristianlığa qarşı istehza səhnələrinin olmasından təəssüfləndiklərini bildiriblər".