Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 13:39
Bakı. Ləman Zeynalova - Trend:
Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.
Trend-in məlumatına görə, bunu Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak səfirliyin açılışı zamanı deyib.
O, iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə daha intensiv əməkdaşlıq gözlədiyini deyib:
“Səfirliyin açılışı Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Biz Azərbaycanın potensialını bilirdik, ona görə də burada nümayəndəlik açmaq qərarı verdik. Əməkdaşlıq üçün infrastruktur, dəmir yolu, turizm kimi bir çox sahələr mövcuddur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin