Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın buna həvəsi varsa, biz hazırıq - Matviyenko

Gürcüstanın buna həvəsi varsa, biz hazırıq - Matviyenko

Tarix: 1 Avqust 2024 18:28

Rusiya və Gürcüstan parlamentləri hələ də bir-biri ilə əlaqə saxlamır, lakin Gürcüstan tərəfinin istəyi olarsa, Rusiya hakimiyyəti dialoqa hazırdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

"Təəssüf ki, hələlik təmaslar yoxdur, əlbəttə ki, bu bizim günahımız deyil, Gürcüstanda çətin siyasi proseslər gedir, çox şey yenidən düşünülür. Əgər Gürcüstanın dialoqa həvəsi varsa, biz elə indi hazırıq", - Matviyenko bildirib.

Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya birtərəfli qaydada Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və Tiflis buna cavab olaraq Moskva ilə diplomatik münasibətləri kəsib.
 


Etiketlər:  Gürcüstanın buna həvəsi varsa hazırıq Matviyenko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ