Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2024 20:10
"İsrail radikallara qarşı müharibədə qalib gəlmək əzmindədir, xarici və daxili təzyiqlərə boyun əyməyəcək".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Biz təzyiqlərə boyun əyməyəcəyik", - deyə İsrail Nazirlər Kabinetinin rəhbəri "X" hesabında yazıb.
Bu bəyanatın altında, baş nazir iyulun 31-də etdiyi televiziya müraciətindən bir hissə paylaşıb. Netanyahu qeyd edib ki, əgər İsrail xarici və daxili təzyiqlərə boyun əysəydi, HƏMAS liderlərini və minlərlə yaraqlını məhv etməz, həmçinin radikal HƏMAS hərəkatının silahlanaraq bərpa olmasında böyük rol oynayan Filadelfiya dəhlizinə və "Rəfah" keçid məntəqəsinə (Qəzza zolağının Misirlə sərhədi) nəzarəti ələ keçirməzdi.