Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə əlillərinə birdəfəlik ödəmə ilə əlaqədar Komissiyanın tərkibi dəyişdi

Müharibə əlillərinə birdəfəlik ödəmə ilə əlaqədar Komissiyanın tərkibi dəyişdi

Tarix: 2 Avqust 2024 14:09

Müharibə əlillərinə birdəfəlik ödəmə ilə əlaqədar Komissiyanın tərkibi dəyişib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.

"Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin sədri Komissiyanın üzvləri sırasından çıxarılıb.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilir:

- I dərəcə əlilliyə görə - 8 800 manat;

- II dərəcə əlilliyə görə - 6 600 manat;

- III dərəcə əlilliyə görə - 4 400 manat.


Etiketlər:  Müharibə əlillərinə birdəfəlik ödəmə ilə əlaqədar Komissiyanın tərkibi dəyişdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ