Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2024 16:50
Xəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli rəsmi instaqram hesabında hər şeyi silib.
Sonxeber.net Sfera.az-a istinadən xəbər verir ki, bloger bunu ötən ilin avqustunda keçirdiyi qəzadan sonra ilk dəfə edib. O, yayımladığı bütün videoları, profil şəklini silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.
Bu gün həmin hesabın profil şəklində başqa bir şəxsin fotosu əks olunub. Məhz bu baxımdan Nicat Şakirlinin hesabını başqasına satdığı təxmin edilir. Ancaq səhifənin adı olduğu kimi qalıb.
Qeyd edək ki, N.Şakirli ötən ilin avqustunda idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
O, Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma - Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.