Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Buna çox ciddi yanaşmalıyıq - Qurbanov

Buna çox ciddi yanaşmalıyıq - Qurbanov

Tarix: 2 Avqust 2024 23:06

Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Araz Naxçıvan"la matçdan sonra mətbuat konfransında deyib.

"Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. "Araz Naxçıvan"ın oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq", - Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la qarşılaşan "Qarabağ" 4:1 hesabı ilə qələbə qazanıb.


Etiketlər:  Buna çox ciddi yanaşmalıyıq Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ