Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2024 10:40
Bu ilin I yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 25,7 % artaraq 995,2 min nəfər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 %, Türkiyəyə gedənlərin sayı 23,7 %, Gürcüstana gedənlərin sayı 17,7 %, Rusiyaya gedənlərin sayı 15,4 % artıb. Gedənlərin 66,4 %-i kişilər, 33,6 %-i qadınlar təşkil edib.
6 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68 %-i hava, 29,6 %-i dəmir yolu və avtomobil, 2,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.