Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qısa müddətdə toparlanmalıyıq'' - Adil Şükürov

''Qısa müddətdə toparlanmalıyıq'' - Adil Şükürov

Tarix: 4 Avqust 2024 07:14

"Düşünürəm ki, azarkeşlər maraqlı oyun izlədilər. "Kəpəz" olaraq yenidən komanda qururuq, heyət formalaşdırırıq. Bunun üçün bizə vaxt lazım olacaq. Amma zamanımız da yoxdur".

Milli.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 1-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər şeyi daha sürətli etməlidirlər: "Tez bir zamanda komandanı komplektləşdirməliyik. Çempionat uzundur, qarşıda oyunlar var. İnanıram ki, komanda bu marafon ərzində daha yaxşı futbol nümayiş etdirib nəticələr qazanacaq. Yeni futbolçuların çempionata adaptasiya olması vaxt aparandı. Qısa müddətdə toparlanmalıyıq. Komandanı gücləndirmək üçün yeni transferlərə ehtiyac var. Bununla bağlı rəhbərlik ilə danışmışıq. İmkanlarımız daxilində nələrsə etməyə çalışacağıq".

Milli.Az


Etiketlər:  Qısa müddətdə toparlanmalıyıq Adil Şükürov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ