Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 07:20
Bu gün Xalq artisti Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin 76 yaşı tamam olur.
Azərbaycan kinosu deyildikdə ilk növbədə Babək, Beyrək, Nəsimi kimi rolları ilə adını kino salnaməmizə qızıl hərflərlə yazdırmış bu aktyor yada düşür. Kinematoqraflar İttifaqına sədrlik edən sənətkar Azərbaycan kinosunun bu günündən məmnundur, hansı aktyorları öz davamçısı kimi görür?
Sonxeber.net bildirir ki, bu və ya digər suallara onun Lent.az-a verdiyi qısa açıqlamada cavab tapmağa çalışdıq.
"Bu gün təəssüf ki, mənim gəncliyimdə olduğu kimi böyük və keyfiyyətli filmlər çəkilmir. Aktyor özünü yaxşı filmlə göstərə bilər, yaxşı filmlər yoxdur deyə onlar üçün meydan da yoxdur. Yaxşı aktyorlarımız var. İndi adlarını çəkmək istəmirəm. Adını unutduqlarım inciyərlər" deyə Xalq artisti bildirib.
O son dövrdə müxtəlif istehsal şirkətləri tərəfindən çəkilən filmləri izləmədiyini də bildirib. Bəs Azərbaycanda niyə yaxşı film çəkilmir? Bu sualın cavabı olaraq Rasim Balayev bildirib ki, bunun səbəbləri çoxdur və bu barədə danışmaq uzun zaman alar.
"Birinci olaraq kinoya böyük maliyyə ayrılmalıdır. Başqa səbəblər də var. Kinoittifaq olaraq çalışırıq ki, kinomuzun inkişafı üçün əlimizdən gələni edək. Kinomuzun gələcəyinə inanıram" deyə o bildirib.