Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana olan Aysundan ilk paylaşım - FOTO

Ana olan Aysundan ilk paylaşım - FOTO

Tarix: 9 Avqust 2024 10:55

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Aysun İsmayılova ana olub.

Milli.Az olay-a istinadən bildirir ki, özəl klinikaların birində dünyaya qız övladı gətirən ifaçı körpəsi ilə bağlı sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.

Qucağında Sevgi adını verdiyi qızı ilə birgə çəkilən fotosunu izləyiciləri ilə bölüşən İsmayılova ana olmaq sevincini bu sözlərlə ifadə edib:

"Bu nə gözəl hissdir İlahi. Allah övlad arzusunda olan hərkəsi tez bir zamanda sevindirsin. Dualarınız və xoş sözləriniz üçün hər kəsə təşəkkür edirəm. Var olun!"

Qeyd edək ki, Aysun vəkil Ramin Vəliyevlə evlidir.

Milli.Az


Etiketlər:  olan Aysundan paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ