Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın ofisinə oğru girdi, polis hərəkətə keçdi

Trampın ofisinə oğru girdi, polis hərəkətə keçdi

Tarix: 14 Avqust 2024 14:50

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Virciniya ştatının Eşbern şəhərindəki seçki ofisinə oğru girib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, səlahiyyətlilər şübhəlinin bir şey oğurlayıb-oğurlamadığını araşdırdıqlarını bildiriblər.

Təhlükəsizlik kamerası görüntülərində şübhəlinin ofisə girərək içəridə dolaşdığı əks olunub.

"Hər hansı bir siyasi kampaniyanın və ya partiyanın ofisinə daxil olmaq nadir haldır. Biz şübhəlinin şəxsiyyətini, nəyin oğurlanmış ola biləcəyini, yaxud orada nəyisə qoyub-qoymadığını müəyyənləşdirməyi öhdəliyimizə götürürük", - deyə Loudoun Şerifi Mayk Çapman qeyd edib.

Trampın seçki komandası hələlik hadisə ilə bağlı açıqlama verməyib.


Etiketlər:  Trampın ofisinə oğru girdi polis hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ