Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 17:02
Şri-Lanka Seçki Komissiyası sentyabrın 21-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 39 namizəd qeydiyyata alıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Seçki Komissiyasının sədri Rmal Ratnayake bildirib.
Onun sözlərinə görə, 40 namizəddən yalnız biri rəsmi qeydiyyatdan keçə bilməyib.
Prezidentliyə iddialı 39 nəfərdən 23-ü siyasi partiyalardan, 17-si isə müstəqil namizəddir.
Qeyd edək ki, hazırkı prezident Ranil Vikramasinqhenin səlahiyyət müddəti noyabrın 17-də başa çatır. O da namizədliyi irəli sürənlər arasındadır.
Şri-Lankada prezident 5 il müddətinə seçilir. Bir şəxs iki dəfədən çox prezident ola bilməz.