Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 22:14
ABŞ-nin Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp oktyabrda teledebatların ikinci raundunun keçirilməsi ilə bağlı razılığa gəliblər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə vitse-Prezident Harrisin kampaniyasının kommunikasiya direktoru Maykl Taylerin yazılı açıqlamasında bildirilib.
"Donald Trampın kampaniyası üç debat keçirmək təklifimizi qəbul etdi - iki raund prezidentliyə namizədlərlə, biri isə vitse-prezidentliyə namizədlərlə", - Tayle qeyd edib.