Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyarder ərindən boşanan Alsunun yeni sevgilisi kimdir? - FOTO

Milyarder ərindən boşanan Alsunun yeni sevgilisi kimdir? - FOTO

Tarix: 22 Avqust 2024 19:12

Milyarder Yan Abramovun vəkili ondan boşanmaq istəyən arvadı rusiyalı ulduz Alsunun həyatında başqa bir kişinin olduğunu açıqlayıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu gün məşhur "ər-arvadın" əmlakının bölünməsi ilə bağlı məhkəmə iclası keçirilib.

İş adamının vəkili Aleksandr Dobrovinski müğənninin ərinin daha onların boşanmasına mane olmayacağını söyləyib və Alsunun həyatında bir şəxsin olmasına işarə edib.

"Fakt budur ki, Alsu bu yay İbizaya, "Olimpiya Oyunlar"ı üçün Fransaya və Türkiyəyə səfərlərindən sonra məlum olub ki, onun şəxsi həyatı var. O, gənc, gözəl qadındır və bu şəxsi həyatı mütləq yaşamalıdır. Ona görə də əri, Alsu tərəfindən edilən xahişlərə baxmayaraq, anladığımız qədəri ilə nə evliliyini, nə də ailəsini xilas etmək fikrində deyil", - deyə A.Dobrovski bildirib. 

Qeyd edək ki, ilk vaxtlar Yan Abramov qəti şəkildə nikahı pozmaq istəməyib və bütün gücü ilə ailəsini xilas etməyə çalışıb

Milli.Az


Etiketlər:  Milyarder ərindən boşanan Alsunun yeni sevgilisi kimdir FOTO


RƏYLƏR