Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan gəmiricilərin idxalını və tranzitini qadağan etdi

Ermənistan gəmiricilərin idxalını və tranzitini qadağan etdi

Tarix: 23 Avqust 2024 06:16

Ermənistan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün bütün növ gəmiricilərin və primatların idxalını və tranzitini qadağan edib.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

"Meymunçiçəyi xəstəliyinin baş verməsinin və ocaqlarının yaranmasının qarşısını almaq üçün avqustun 21-dən bütün növ gəmiricilərin və primatların Ermənistan ərazisi ilə idxalı və tranzit daşınması qadağandır", - məlumatda bildirilib.

Qeyd edilir ki, qərar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamaları dərc olunana qədər qüvvədə qalacaq.


Etiketlər:  Ermənistan gəmiricilərin idxalını tranzitini qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ