Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ancelina Coli həmkarına aşıq oldu - FOTOlar

Ancelina Coli həmkarına aşıq oldu - FOTOlar

Tarix: 24 Avqust 2024 17:35

Dünya şöhrətli 49 yaşlı aktrisa Ancelina Colinin 20 il əvvəl eşq yaşadığı 48 yaşlı həmkarı, Hollivud ulduzu Kolin Farrellə aşiq olub.

Milli.Az olay-a istinadən bildirir ki, bunu Coliye yaxın məncə "In Touch Weekly" nəşrinə açıqlamasında söyləyib.

Onlar 2004-cü ildə "İsgəndər" filminin çəkiliş meydançasında anasını oynayan zaman tanış olublar. Eyni zamanda, onların münasibətdə olduqları haqda şayiələr yayılıb. 

Ancelinanı ən çox heyrətləndirən irlandiyalı aktyorun necə qayğıkeş və fədakar ata olmasıdır. 

Belə ki, Farrell bu yaxınlarda 20 yaşlı oğlu Ceyms Kim Bordeneyvin sağalmaz xəstəliyi haqda müsahibə verib. Aktyor bildirib ki, həkimlər onun övladına 2 yaşında olarkən "Angelman" sindromu (Gecikmiş inkişaf, nitq və tarazlıq problemləri, əqli əlillik və bəzən qıcolma tutmaları xəstəliyi - red.) diaqnozu qoyublar. O, oğlunun uğurlarından göz yaşları içində danışıb. Bundan əlavə, o, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə kömək edəcək bir fond yaradib. Ceymsdən başqa Farrelin 2009-cu ildə doğulan Henri adlı oğlu da var. 

Coli üçün kişinin atalıq keyfiyyətləri olduqca önəmlidir. 

Milli.Az


Etiketlər:  Ancelina Coli həmkarına aşıq oldu FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ