Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 11:32
Fransız müstəntiqləri "Telegram"ın yaradıcısı və baş meneceri Pavel Durovun mövcud problemlərdən xəbərdar olmasına baxmayaraq, Parisə gəlməyə cəsarət etməsinə təəccüblənirlər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə AFP yazır.
"Artıq Telegram-ın cəzasız qalmasına yetər" deyə Fransanın hüquq-mühafizə orqanındakı anonim bir əməkdaşı agentliyə bildirib.
Onu da qeyd edək ki, eyni zamanda, Durov özü aprel ayında Taker Karlsona verdiyi müsahibədə etiraf edib ki, həbs olunacağı təqdirdə Telegram-ın fəaliyyətini davam etdirmək üçün əvvəlcədən tədbirlər görüb.
Xatırladaq ki, Durov avqustun 24-də Paris Le Burje hava limanına enən kimi saxlanılıb.