Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 13:50
"Telegram"ın yaradıcısı Pavel Durovu Fransada 20 il həbs cəzası gözləyir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "TF-1" telekanalı məlumat yayıb .
Qeyd olunur ki, Durov tezliklə Fransa vətəndaşı kimi məhkəmə qarşısına çıxacaq.
O, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Qeyd edək ki, Durov avqustun 24-də saat 20:00 radələrində Paris "Le Burje" hava limanında uçuş-enmə zolağında şəxsi təyyarəsindən enərkən saxlanılıb.
Həbs jandarmlar tərəfindən həyata keçirilib. Durov bir qadın və mühafizəçinin müşayiəti ilə Azərbaycandan Fransaya uçub.