Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktrisa vəfat etdi - FOTO

Azərbaycanlı aktrisa vəfat etdi - FOTO

Tarix: 28 Avqust 2024 11:00

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Elmira Hüseynova vəfat edib.

Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya teatrdan məlumat verilib.

Bildirilib ki, aktrisa uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aktrisa ilə vida mərasimi bu gün saat 12:30-da Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, Elmira Əmbər qızı Hüseynova 8 noyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına 1970-ci ildə müsabiqə yolu ilə qəbul olub və ömrünün sonuna qədər orada çalışıb. İşlədiyi illərdə Yəməndə (1973), Daşkənd şəhərində (1979), Hindistanda (1980), İranda (1993) beynəlxalq qastrol səfərlərində iştirak edib.

Allah rəhmət eləsin!


Etiketlər:  Azərbaycanlı aktrisa vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ