Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 17:33
Bakı. Trend:
Prezident İlham Əliyev Şahmar Mövsümovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edilsin.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Şahmar Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin